CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"8 Noyabr" stansiyası istismara hazırlanır

© Photo : Mehherem MedzhidovВ Бакинском метро
В Бакинском метро - Sputnik Azərbaycan
Abunə olmaq
Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib

BAKI, 7 yanvar — Sputnik. Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – "8 Noyabr" stansiyası istismara hazırlanır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Xəbərdə bildirilir ki, əsas inşaat işləri yekunlaşdırılıb, stansiyada son tamamlama tədbirləri yerinə yetirilir: "Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv.m mərmər-qranit örtüyündən istifadə olunub. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. Onu da qeyd edək ki, bu sosial kateqoriyadan olan sərnişinlər 2019-cu ilin mart ayından Bakı metropoliteninin bütün xətlərinin xidmətindən istifadə edirlər. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən "Əlçatan metro" layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.

Новые составы Бакинского метрополитена - Sputnik Azərbaycan
Bakı metrosunda son vəziyyət: 202 gün sərnişinsiz

Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərəkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq. Burada tətbiq edilən inqilabi yeniliklər sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir "Vollert-Rheda" sisteminin quraşdırılmasına başlanılıb. Yoldəyişdirici qurğu, təmas relsi də tamamilə yeni dövrün texnoloji tələbləri səviyyəsində metropoliten tarixində ilk dəfə tətbiq edilir. Bununla müasir texnologiyalarla səmərə, qənaət və keyfiyyətə nail olunması da təmin edilib. "8 Noyabr" stansiyasında xidməti otaqların istismar prosesinə tam hazır olması işləri də yekunlaşmaq üzrədir. Yeni xətdə tətbiq edilən texnologiyaların ən mühümləri sırasında hərəkətin təşkili sahəsində SCADA (dispetçer idarəetmə sistemi) və onun tərkib hissəsi CBTC (qatarların hərəkətinin radiokanal əsasında təşkili) dünya dəmir yolları sisteminin ən son nailiyyətidir. Gələcəkdə xətdə qatarların əsas hərəkət sistemi olacaq CBTC sistemlərinin əsas hissəsi olan mikroprosessor mərkəzləşməsi, eləcə də "Tetra" rabitə sistemi də burada qurulub.

Eyni zamanda Bənövşəyi xətdə müntəzəm hərəkət qrafikini təmin etmək üçün 4 qatar tərkibində "Thales" şirkətinə məxsus işarəvermə avadanlıqları və "Tetra" qatar radio-rabitə avadanlıqları quraşdırılıb. Qatarlar "Nərimanov" elektrik deposundan "Xocəsən" deposuna gətirilməklə, "Avtovağzal-8 Noyabr" sahəsində istifadəyə hazırlanır. Bu xüsusda sınaq yürüşlərinin aparılmasına hazırlıq tədbirləri də başa çatdırılıb".

Xəbər lenti
0