CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarif Şurasının qərarı bəhrəsini verdi: Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı bahalaşdı

© Azerbaijan Highway State AgencyPaytaxtın girişində aparılan genişmiqyaslı işlər
Paytaxtın girişində aparılan genişmiqyaslı işlər  - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt avtovağzalından "20 Yanvar" metrostansiyasına və əks istiqamətə sərnişin daşıyan mikroavtobuslar qiyməti 60 qəpikdən 80 qəpiyə qaldırıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Sumqayıtdan Bakıya sərnişin daşıyan qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt sakinləri məlumat veriblər. Günay Məmmədova adlı sakin bildirib ki, yanacağın qiyməti bahalaşan gündən Sumqayıt avtovağzalından "20 Yanvar" metrostansiyasına və əks istiqamətə sərnişin daşıyan mikroavtobuslar qiyməti 60 qəpikdən 80 qəpiyə qaldırıb. Sürücülər qiymət artımını dizelin bahalaşması ilə əlaqələndiriblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sumqayıt - "20 Yanvar" istiqamətində sərnişin daşıyan mikroavtobuslar qanunsuz fəaliyyət göstərdiyindən onlara nəzarət DANX-ın səlahiyyətində deyil:

"Sözügedən istiqamət üzrə sərnişin daşıyan mikroavtobuslar müntəzəm avtobuslar sayılmır. Həmin istiqamət üzrə sərnişindaşıma fəaliyyəti qanunsuz olduğundan onlarda gediş haqqının artımına görə cəza vermək bizim səlahiyyətimizdə deyil. Müntəzəm sərnişindaşıma xidməti göstərən avtobuslarda isə bugünədək gediş haqqının bahalaşmasına görə hər hansı şikayət daxil olmayıb".

Qeyd edək ki, kiçiktutumlu mikroavtobuslarla Sumqayıt - "20 Yanvar" metrostansiyası və əks istiqamətə sərnişindaşıma illərdir ki, davam edir. Aidiyyəti qurumlar bu mikroavtobusların qanunsuz fəaliyyət göstərdiklərini desələr də, onların sərnişin daşımasına nədənsə illərdir ki, göz yumulur.

Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tarif Şurasından Yeni il sürprizi - Benzinin qiyməti qaldırıldı

Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan müntəzəm avtobusların son dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olduğundan sərnişinlər qeyri-qanuni adlanan mikroavtobuslara üstünlük verirlər. Bu mikroavtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə daxil olmadan birbaşa "20 Yanvar" metrostansiyasına və əks istiqamətə sərnişin daşıdığından sərnişinlərə onlardan istifadə sərfəlidir.

Xatırladaq ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) Şuraya müraciətinə baxılaraq Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Tarif Şurasının əsaslandırılmasında bildirilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Xəbər lenti
0