BAKI, 6 yanvar — Sputnik. Türkiyənin Mardin şəhərində yaşayan çərpələng ustası Zahid Mungan bu dəfə hazırladığı çərpələnglə mətbuatın gündəmi olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, çərpələng ustası bu dəfə şəhərin simvolu sayılan uzunqulaq fiquru hazırlayaraq göyə uçurub.
İki aydır uzunqulaq fiquru hazırlayan Zahid Mungan bu işin əziyyət bahasına başa gəldiyini açıqlayıb. Üç eşşək fiquru hazırladığını deyən çərpələng ustası zibillərdən hazırlanan çərpələngin uzunluğunun səkkiz metr olduğunu da bildirib.
Zahid Mungan Mardində uzunqulaqlardan yük daşımaq üçün hələ də istifadə edildiyini söyləyib.