BAKI, 6 yanvar — Sputnik. Qumar oynaması ilə məşhur olan və qumarda 50 milyon dollar uduzan Serdar Ortaç internet saytlarının birinin hazırladığı reklam çarxında cizgi film "qəhrəmanına" çevrilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serdara bənzəyən cizgi film fiquruna "Sertac" adı qoyaraq, onun simasından reklam üzü olaraq istifadə ediblər.
Reklamda pop ulduzunun qumarbaz olmasına və davamlı şəkildə bütün qazandıqlarını uduzmasına eyham vurulub.