CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nura Suri: "Tankın qabağına çıxan oğlanları pulun qarşısında sındırmayın"

© © Courtesy of Nura SuriНура Сури
Нура Сури - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni: "Hərə əlinə bir telefon alıb video çəkir. Dünya baxır e, bizə. Etməyin belə. O boyda qalibiyyəti ucuzlaşdırmayın".

BAKI, 6 yanvar — Sputnik. "Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz. Tankın qabağına çıxan oğlanları pulun qarşısında sındırmayın. Nə edirsinizsə, gizlin edin".

Sputnik Azərbaycan xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

N.Suri qeyd edib ki, Vətən uğrunda döyüşən insan təmənna güdmür: "Hamımızın borcudur torpağı, Vətəni qorumaq – kişili, qadınlı. Valideynlərimin hər ikisi qazidir. Prezidentin qərarına əsasən qazi və şəhid ailələrinə maddi dəstək olunur. Hərə əlinə bir telefon alıb video çəkir. Dünya baxır e, bizə. Etməyin belə. O boyda qalibiyyəti ucuzlaşdırmayın".

Xəbər lenti
0