CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb

© Depositphotos.com / AndrewLozovyiМальчик во время чтения книги
Мальчик во время чтения книги - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir.

BAKI, 6 yanvar — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə "Erməni dili" müstəqil tədris üçün vəsait nəşr etdirib.

Bu barədə Sputnik Azərbaycan-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

© Photo : Center of Analysis of International RelationsErməni dili vəsaiti
Bakıda erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb - Sputnik Azərbaycan
Erməni dili vəsaiti

Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir. Kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur.

Xəbər lenti
0