BAKI, 6 yanvar — Sputnik. Azərbaycanda yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı qərar Tarif (qiymət) Şurasının iclasında qəbul edilib.
Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.