Alessandro Marano demək olar ki, təsadüf sayəsində Azərbaycanda işləməyə başlayıb. Bir vaxtlar burada uzun müddət çalışan həkim dostu, Alessandroya Bakıda işləməyi təklif edib. Bir neçə dəfə Bakıya gələndən sonra, italiyalı cərrah həmişəlik burada məskunlaşmaq qərarına gəlib.
Buraya köçəndən bəri cərrahın həyatı tamamilə dəyişib. Onun sözlərinə görə, İtaliyada həkimlər bir çox məhdudiyyətlə üzləşməli olurlar, burada işləmək isə onun üçün daha rahatdır.
Romalı həkim Azərbaycanda yeməklərin bol çeşidli və hamısının təbii olmasından ağız dolusu danışır. Maraqlısı odur ki, bu beş il ərzində o, hətta xaşın dadına da baxıb. Hər gün yeməyə razı olmasa da, arabir azərbaycanlı dostları ilə birgə səhər-səhər xaş məclisinə toplaşmağı çox sevir.
İtaliyalı cərrahın nəyə görə yaşamaq və işləmək üçün məhz ölkəmizi seçdiyini isə videomuzdan öyrənin.