Tarixi gün: İran artıq urandan hərbi təyinatla istifadə edə bilər

© AFP 2024 / Atomic Energy Organization of IranРаботник на ядерном объекте в Фордо, фото из архива
Работник на ядерном объекте в Фордо, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabi bazar ertəsi Fordodakı obyektdə nüvənin 20%-ə qədər zənginləşmə prosesinə başladığını bildirib.

BAKI, 5 yanvar — Sputnik. İran Fordodakı nüvə obyektində uranı 20%-ə qədər zənginləşdirib. Sputnik Azərbaycan "İRİNN"-yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəni bildirib.

"Təxminən axşam saat 7 saat radələrində biz 20 faizlik zənginləşməyə nail olduq", - deyə Kamalvəndi "İRİNN" telekanalına açıqlamasında bildirib.

Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabi bazar ertəsi Fordodakı obyektdə nüvənin 20%-ə qədər zənginləşmə prosesinə başladığını bildirib.

Uranın 20%-dək zənginləşdirilməsi onun hərbi təyinatla istifadə oluna biləcəyi anlamına gəlir. 

Xəbər lenti
0