CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni əsirliyində olmuş hərbçi: "Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar"

© Photo : REPORTƏləkbərov Ömər
Ələkbərov Ömər - Sputnik Azərbaycan
Abunə olmaq
"Erməni mənə sual verirdi ki, "Sizə iynə vururlar belə olursunuz?" Soruşdum ki, necə? Dedi "Öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlirdi"

BAKI, 5 yanvar — Sputnik. "Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr verirdilər ki, niyə bizdən qorxmursunuz?".

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

"Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər "Niyə qışqırmırsınız? Ağrımır?" Erməni mənə sual verirdi ki, "Sizə iynə vururlar belə olursunuz?" Soruşdum ki, necə? Dedi "Öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlirdi". Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq", - o əlavə edib.

Xəbər lenti
0