Azərbaycanlıları ən uzun istirahət günləri mart ayında gözləyir – Azərbaycan Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri olaraq müəyyən edilib. Martın 20-i və 21-i müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həmin ayın 25-i və 26-ı da qeyri-iş günü olacaq.
Bu il Azərbaycanda qeyd olunacaq digər dövlət və dini bayramlar, eləcə də qeyri-iş günləri haqqında daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.