Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkədə koronavirusdan gündəlik ölüm sayı azalıb

© Sputnik / Murad OrujovКарета скорой помощи. фото из архива
Карета скорой помощи. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

BAKI, 4 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.

Xəbər lenti
0