CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çay içməyə getmişdilər, 200 manat ödədilər

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

BAKI, 4 yanvar - Sputnik. Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qanunvericiliyə uyğun olaraq, obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Xəbər lenti
0