Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İranda koronavirusdan ölənlərin sayı 55 min 540 nəfərə çatıb

© AP Photo / Ebrahim NorooziСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İranda ötən 24 saat ərzində 5960 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 milyon 243 min 434 nəfərə çatıb.

 

BAKI, 3 yanvar — Sputnik. İranda son 24 saatda 102 nəfər koronavirusdan (COVID-19) ölüb.

Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadla xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bununla da İranda bu virusdan ölənlərin sayı 55 min 540 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 5960 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 milyon 243 min 434 nəfərə çatıb. Virus daşıyıcılarından 4 min 953 nəfərin vəziyyəti ağırdır.

Onun sözlərinə görə, İranda indiyədək 1 milyon 13 min 18 nəfər koronavirusdan sağalıb.

Xəbər lenti
0