Yaxın vaxtlarda İran uranı zənginləşdirmə səviyyəsini 20 faizə çatdıracaq

© AFP 2024 / ATTA KENAREИранский флаг на атомной электростанции в Бушере во время официальной церемонии запуска второго реактора
Иранский флаг на атомной электростанции в Бушере во время официальной церемонии запуска второго реактора - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əkbər Salehi: “İranın Vyanadakı təmsilçisinə Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) çatdırılması üçün bir məktub göndərilib. MAQATE müfəttişlərdən gəlib möhürlənmiş hissələri açmalarını istədik”

BAKI, 3 yanvar – Sputnik. “Çox yaxında İran uranı zənginləşdirmə səviyyəsini 20 faizə çatdıracaq”.

Sputnik Azərbaycan “Mehr” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın Atom enerjisi üzrə Agentliyinin baş direktoru Əli Əkbər Salehi deyib.

Əli Əkbər Salehi bildirib ki, İranın Vyanadakı təmsilçisinə Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) çatdırılması üçün bir məktub göndərilib: “MAQATE müfəttişlərdən gəlib möhürlənmiş hissələri açmalarını istədik. Yaxın gələcəkdə Agentliyin nəzarəti altında uran qaz kapsulunu dəyişdirmək məcburiyyətindəyik”.

"Biz dövlətin xidmətçiləriyik, əmri komandir verməlidir. İşə çox sürətli başlaya bilərik"-deyə o qeyd edib.

Qeyd edək ki, “Sanksiyalara qarşı strateji mübarizə haqqında” qanun layihəsi dekabr ayında İran parlamenti tərəfindən təsdiqlənib. Bu qanun, İranın Atom enerjisi üzrə Agentliyini uranı ən az 20% zənginləşdirməyə başlamağa və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artırmağa məcbur edir.

Nüvə razılaşması İrana uranı ən çox 3.67% nisbətində zənginləşdirməyə imkan verirdi.

Xatırladaq ki, İran nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bir qisminin icrasını dayandırıb.

Bu razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb. Rəsmi Tehran bəyan etmişdi ki, ABŞ həmin müqavilədən çıxarsa, İran da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcək.

Xəbər lenti
0