"Velosiped sürdüyümə görə koronavirusu yüngül keçirdim"

© Sputnik / Shahperi AbbasovaFirəngiz Qədirova
Firəngiz Qədirova - Sputnik Azərbaycan
Abunə olmaq
Velosipedçi qadın: "Bizim yollarda velosiped sürmək ekstrim yaşamaq kimi bir şeydir. Ona görə də hər kəsə israrla tövsiyə edə bilərəm. Amma heç olmasa, həftə sonları parklarda sürsünlər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Firəngiz Qədirova ixtisasca mühasibdir. On ildən artıq mühasib işləyən qəhrəmanımız velosipedə olan marağına görə işindən imtina edib velokuryer olmağı qarşısına məqsəd qoyur. Sözsüz ki, bu addımı atmaq ona elə də asan başa gəlmir. Firəngiz xanım yenicə velosiped sürməyə başlayanlara tövsiyələrini Sputnik Azərbaycan-la bölüşüb:

"Hazırda 39 yaşım var. 36 yaşımdan velosiped sürməyə başlamışam. 2017-ci ildə ilk dəfə velosiped aldım, 1 il fasilə ilə sürdüm. 2018-ci ildən isə fasiləsiz olaraq velosiped sürürəm. Əvvəllər ehtiyat edirdim, şəhərə çıxmırdım. İndi isə hər yerə velosipedlə gedirəm".

Həmsöhbətimiz deyir ki, velosiped onun həyatını büsbütün dəyişib: "36 yaşıma qədər standart azərbaycanlı qadın idim - iş- ev, ev-iş. İşim də ofisdə idi. 3 il əvvəl "facebook"da ekoturlar gördüm. Təbiət həvəskarları dağa qalxırdılar, müəyyən məsafəyə qədər maşınla, müəyyən məsafədən sonra piyada dağa qalxırdılar, gölə, şəlaləyə səyahət edirdilər. Bu, məni cəlb etdi".

© Sputnik / Shahperi AbbasovaFirəngiz Qədirova
Velosiped sürdüyümə görə koronavirusu yüngül keçirdim - Sputnik Azərbaycan
Firəngiz Qədirova

Lakin Firəngizin bu arzusunun qarşısına ailəsi sədd çəkir: "Bir il ərzində ailəm icazə vermədi. Dedilər, sənin nə işin var dağda-dərədə? Amma 1 il mücadilədən sonra dağlara getməyə nail oldum. Velosipedə və təbiətə marağım paralel şəkildə inkişaf edirdi".

Firəngiz velosipedi ən yaxın dostu hesab edir. Dediyinə görə, onda texniki problem yarananda özü həll edir:

"Məsələn, bu yaxınlarda velosipedimin təkəri partlamışdı. Yolda getdiyim an partladı. Özüm yamadım, yoluma davam etdim. Yeni başlayanda isə adi bir texniki problemə görə neçə müddət uzaqlaşmışdım. Velokuryer işləməyə başlayandan 2 ay usta yanında oldum, usta mənə sadə texniki problemlərin həllini öyrətdi".

Velokuryerin ən uzaq məsəfəsi 101 km olub. Onun məqsədi isə velosipedlə rayonlara səfər etməkdir: "Bakıda, demək olar ki, hər yerə velosipedlə gedirəm. Amma istəyirəm, rayonlara da velosipedlə səfər edim. Əvvəl velosipedim rayonlara üz tutmaq üçün əlverişli deyildi. Dəyişdim, pandemiyadan sonra o məqsədimə də çataram".

© Sputnik / Shahperi Abbasova
Firəngiz Qədirova - Sputnik Azərbaycan
1/3
© Sputnik / Shahperi Abbasova
Firəngiz Qədirova - Sputnik Azərbaycan
2/3
© Sputnik / Shahperi Abbasova
Firəngiz Qədirova - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Velosiped həvəskarının sözlərinə görə, qış velosiped sürmək üçün ən əlverişli fəsildir:

"Velosiped soyuq havada insanı isidir. Hazırda hava soyuqdur, mən velosipedlə hərəkət etdiyimə görə bədənim isinib. Yayda isə bu çətin olur. Yay aylarında səhər tezdən və axşam sürmək olur. Gündüz saatlarında günün altında sürmək əsl cəhənnəm əzabıdır. Elə ona görə də mən yay aylarında velokuryer işindən imtina elədim".

Müsahibimiz bu işdə səriştəsiz olan insanlara öz tövsiyələrini verdi: "Necə ki maşınların təkərində yay və qış şinləri var, velosipedlərdə də belədir. Qarlı, buzlu, yağışlı havalarda velosipedin təkərinin havasını boşaldırıq ki, yerə daha yaxşı yapışa bilsin. Birdən əyləci basmaq olmaz, çünki qəza törədə bilərlər. Bundan başqa, yaxşı olar ki, dəbilqəsiz velosiped idarə etməsinlər. Əvvəllər mən buna əhəmiyyət vermirdim. Amma bir dəfə velosipeddən yıxılanda başım dəmirə dəydi, baxdım ki, dəbilqə əzilib. Amma başıma heç nə olmamışdı. Dəbilqə olmasa, başım çox ciddi zədə ala bilərdi".

Qəhrəmanımız arzu edir ki, yollarda maşınlar azalsın, velosipedlər çoxalsın: "Düzdür, gərək onun üçün şərait yaradıla. Bizim yollarımızda velosiped sürmək ekstrim yaşamaq kimi bir şeydir. Ona görə də hər kəsə israrla tövsiyə edə bilərəm. Amma heç olmasa həftə sonları parklarda sürsünlər. Xüsusən də avtomobilləri olanlar bunu edə bilərlər. Yaxşı olar ki, bu vərdişi artırsınlar".

© Sputnik / Shahperi AbbasovaFirəngiz Qədirova
Velosiped sürdüyümə görə koronavirusu yüngül keçirdim - Sputnik Azərbaycan
Firəngiz Qədirova

"Velosipedçinin yolda payı sağ tərəfdə kənar hissə ilə getməkdir. O hissədə də sürücülər adətən park etdiklərinə görə bizə mane olur. Hərəkətdə olan maşınlar da mane olur, sürücülər çalışırlar ki, qabağa keçsinlər. Ona görə də mütləq velosiped zolaqları artmalıdır ki, velosipedlərin də sayı artsın. Üç dəfə qəza törətdim, hətta bir dəfə üç həftə qabırğam ağrıdı. Amma evdəkilərə demədim. Çünki onlar mənim velokuryer olduğumu bilmirdilər. Biləndə evdə problem yarandı, dedilər, dəyiş işini. Amma indi qəbul ediblər".

Qədirova səhhətindəki bəzi problemləri velosiped sürməklə dəf edə bilib. O hətta bir neçə ay öncə dünyanı cənginə alan koronavirusa yoluxub. Dediyinə görə, velosiped sürdüyü üçün həmin xəstəliyi digər insanlara nisbətən yüngül keçirib:

"Velosiped sürən insanla digər passiv insan arasında mütləq fərq olur. Üç il əvvəlki Firəngizlə indiki Firəngizin arasında fərq olduğu kimi. Məsələn, əvvəllər məndə qan təzyiqi düşürdü, onda da dəhşətli baş ağrılarım olurdü. Həmin günü, demək olar ki, yataqda keçirirdim. Amma velosiped sürəndə çəki də normaya düşür. Psixoloji olaraq da insana çox müsbət təsir edir. Velosiped sürdüyümə görə koronavirusu yüngül keçirdim".

 

Xəbər lenti
0