Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun "Britaniya" variantı uşaqlar üçün daha təhlükəlidir

© AFP 2024 / VALERY HACHEДети, фото из архива
Дети, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qurdasaninin sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə səbəb ola bilər.

BAKI, 3 yanvar - Sputnik. Böyük Britaniyada koronavirusun müəyyən edilmiş yeni ştammı uşaqlar üçün təhlükəlidir.

APA-nın verdiyi məlumata görə, bunu Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib.

O, Britaniyada koronavirusun yeni mutasiyasının 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucu olduğunu qeyd edib.

“Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər”, - Qurdasini deyib.

Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə səbəb ola bilər.

Qeyd edək ki, son sutka ərzində Britaniyada 54 990 nəfərin COVID-19 testi müsbət nəticə verib, 454 nəfər isə bu virusdan ölüb. Ümumilikdə ölkə ərazisində 2 654 779 nəfərdə koronavirus aşkar olunub, virusa yoluxmuş 75 024 nəfər isə həyatını itirib.

Xəbər lenti
0