Ərdoğan türkdilli dövlətlərin liderlərinə zəng edib

© Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və ŞKTC-nin dövlət başçısı Ersin Tatara telefonla zəng edib.

BAKI, 1 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatara telefonla zəng edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər.

Telefon danışıqlarında yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.

Xəbər lenti
0