BAKI, 1 yanvar - Sputnik. Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin videogörüntülərini paylaşmaqda davam edir. Bu gün Nazirlik 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Zəngilan rayonunun Malatkeşin kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, Malatkeşin kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.