Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, Covid-19 virusuna qarşı vaksin risk qrupunu təşkil edən şəxslər üçün məcburi olacaq:
“Kovidli xəstələrlə məşğul olan tibb işçiləri üçün vaksinasiya məcburi olduğu halda, bu, digər şəxslər üçün könülü olaraq həyata keçiriləcək. Artıq bunun müəyyən kriteriyaları var və onunla proses davam etdirilməlidir. Vaksinasiya olunmanın zərurəti ona bağlıdır ki, bu zəncir haradasa, qırılsın. Çünki hazırda virusa yoluxma təhlükəli səviyyəyə çatıb. Prosesə nəzarət edə bilmək üçün vaksinasiya mütləq lazım olacaq”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz