Yunanlar yeni ili Molotov kokteylləri ilə qarşılayırlar - VİDEO

© AFP 2024 / LOUISA GOULIAMAKIВид на Афину, фото из архива
Вид на Афину, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kovid dissidentləri öncə sakit etiraz yürüşünə çıxsalar da yerli telekanalın canlı yayımından sonra polislərə Molotov kokteylləri atmağa başlayıblar. 

BAKI, 31 dekabr - Sputnik. Çərşənbə günü axşam Afina yaxınlığındakı Aspropirqos şəhərində sərt karantin rejiminin yanvarın 6-dək uzadılmasına etiraz edənlər iğtişaş törədiblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli aspropyrgosnews.gr nəşri məlumat yayıb.

Koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən Attikanın üç paytaxt vilayəti - Aspropirqos, Elevsin və Mandrada dekabrın 17-dək sərt karantin rejimi tətbiq olunmuşdu. Ancaq sonra məhdudiyyətləri dekabrın 30-dək, dünəndən isə yanvarın 6-dək uzadıblar. 

Kovid dissidentləri öncə sakit etiraz yürüşünə çıxsalar da yerli telekanalın canlı yayımından sonra polislərə Molotov kokteylləri atmağa başlayıblar. 

"Rayon döyüş meydanına çevrilib. Təxminən 10 dəqiqə dayanmadan Molotov kokteylləri ilə törədilən partlaış səsləri gəlirdi. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə başladı", - nəşr bildirir. 

Aksiyada 100-dək insanın iştirak etdiyi deyilir. Onlar polisə yandırıcı maddələrlə yanaşı, daş da atıblar. 

​Aspropirqosda bu cür insidentlər bir neçə gün öncə də olub. Həmin vaxt deyilirdi ki, iğtişaşları şəhərdə yaşayan qaraçılar törədiblər. 

Yunanıstan hökuməti gərgin epidemioloji vəziyyəti nəzarə alaraq noyabrın 7-dən tətbiq etdiyi lokdaunu bütün Milad bayramları boyu - yanvarın 7-dək uzadıb. Bir sıra bölgələrdə sərt karantin rejimi tətbiq olunub.

Xəbər lenti
0