Trampdan qəfil qərar - məzuniyyətini yarımçıq qoydu

© REUTERS / Jonathan Ernst / File PhotoПрезидент США Дональд Трамп и его жена Мелания, фото из архива
Президент США Дональд Трамп и его жена Мелания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan öncə Tramp demişdi ki, 2021-ci il yanvarın 6-dək Floridada olacaq. Həmin gün Amerika Konqresi prezident seçkisinin nəticəsini təsdiqləməlidir

BAKI, 31 dekabr - Sputnik. ABŞ-ın fəaliyyətdə olan Prezidenti Donald Tramp məzuniyyətini yarımçıq qoyub Yeni il ərəfəsi Vaşinqtona dönməyi planlaşdırır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN Ağ Evə istinadən məlumat yayıb. 

Ağ Evdən bildiriblər ki, Tramp Vaşinqtona dekabrın 31-i saat 11:00-da (Bakı vaxtı ilə 20:00) gələcək. Xanımı Melaniya Tramp da onunla olacaq. 

Qərarın səbəbi isə açıqlanmayıb.

Bundan öncə Tramp demişdi ki, 2021-ci il yanvarın 6-dək Floridada olacaq. Həmin gün Amerika Konqresi prezident seçkisinin nəticəsini təsdiqləməlidir. Noyabrın 3-də keçirilmiş seçkidə Trampın rəqibi olan Co Bayden seçici kollegiyası üzvlərinin 270 səsini alsa da, Tramp onun qələbəsini saxta adlandırır və qəbul etmir. Baydeni isə artıq bir neçə ölkənin prezidenti dövlət başçısı seçilməsi münasibəti ilə təbrik edib.

 

Xəbər lenti
0