Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tibb işçisi 500 vaksin dozasını qəsdən xarab elədi

© REUTERS / FRANCIS MASCARENHASВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ koronavirusa yoluxma üzrə dünyada liderdir: burada indiyədək 19.7 milyon şəxs COVID-19-a yoluxub, 342 min nəfər infeksiya səbəbindən həyatını itirib.

BAKI, 31 dekabr - Sputnik. ABŞ-da Aurora Medical Center tibb mərkəzinin işçisi Moderna şirkətinin 500 dozalıq vaksinini qəsdən xarab edib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, o, dərmanın 57 qutusunu soyuducudan çıxarıb, sonra isə yerinə qoymayıb. Açıq havada qalan vaksin xarab olduğundan hamısını atmaq lazım gəlib. 

Araşdırma zamanı tibb işçisi etiraf edib ki, hadisəni qəsdən törədib. Tibb üzrə səlahiyyətli şəxslər hadisəni qiymətləndirərkən "500 adamın vaksin almasının gecikəcəyinə görə bu adamın hərəkətindən çox kədərləndiklərini" söyləyiblər. 

ABŞ koronavirusa yoluxma üzrə dünyada liderdir: burada indiyədək 19.7 milyon şəxs COVID-19-a yoluxub, 342 min nəfər infeksiya səbəbindən həyatını itirib.

 

Xəbər lenti
0