CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il təxirə düşdü - 2020-ni "adına layiq" yola salacağıq

© Sputnik / Murad OrujovПредновогодний Баку
Предновогодний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nə bayram atəşfəşanlığı, nə də bayram süfrəsi – Qarabağ müharibəsində həlak olanların xatirəsi azərbaycanlılar üçün daha əzizdir

BAKI, 31 dekabr – Sputnik. Azərbaycan əhalisinin yarıdan çoxu Yeni il gecəsini bayram etməyəcək. Sputnik Azərbaycan bildirir ki, buna ölkədə son aylarda baş verən hadisələr səbəb olub.

Предновогодний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şaxta baba... ləğv olunur

Qarabağ müharibəsində hərbçilərimizin, eləcə də dinc əhalinin şəhid olması səbəbindən vətəndaşlarımızın əksəriyyəti kütləvi bayramlaşmaqdan imtina edib. Bu qərarı rayonların icra hakimiyyətləri də dəstəkləyib. Məsələn, Sumqayıtda quraşdırılan yolkanı bir gün sonra söküblər.

Bakı İcra Hakimiyyəti də şəhid olan hərbçilərimizin xatirəsinə hörmət əlaməti olaraq şəhəri bəzəməmək qərarına gəlib. Dənizkənarı bulvarda bu il atəşfəşanlıq olmayacaq.

Sputnik Azərbaycan yeni ili necə qarşılayacaqlarına dair vətəndaşlarımız arasında sorğu keçirib.

Evdar xanım Lena Osmanova:

“Bu il süfrə açmayacam. Hər il bəzədiyimiz yolkanı bu il heç şkafdan çıxarmadıq. İki uşağım var və onlara bu hərəkətimi izah etməyə çalışıram. Qonşularımız dəfn olunmuş oğullarının ölümünə ağlayan zaman mən evimdə bayram edə bilmərəm”.

Təhsil eksperti Kamran Əsədov: “İki qızım var, biri birinci, digəri üçüncü sinifdə oxuyur. Onlardan biri rus dili dərsində “Yeni il” mövzusunu keçəndə mənə dedi ki, bu il yolka bəzəmək istəmir. Uşaqlar balaca olduğundan biz hər il dekabrın 15-dən sonra evi işıqlarla bəzəyir, yolka qurur, rəqs edir, xatirə şəkli çəkdirirdik. Bu il isə evdə bayramı əks etdirəcək heç bir atribut yoxdur”.

Əsədovun sözlərinə görə, Qarabağda şəhid olan 2823 insan arasında onun da qohumları var, buna görə də bayram eləmək niyyəti yoxdur.  

Bayram əhvalı Bakı şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova da yaddır. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Əsədov növbədə olacaq, şəhərdə asayişə nəzarət edəcək. Polis polkovniki deyir ki, onun üçün bayram yol-nəqliyyat hadisələrinin olmamasıdır.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram günləri avtobuslar belə işləyəcək

Milli Məclisin deputatı Məzahir Əfəndiyev bayram günlərində ailəsi ilə birlikdə olacaq.

“Hamı kimi qeyd edəcəyik. “Qeyd edəcəyik” sözü bir az düzgün deyil əslində. Təbii ki, ailəmizlə sakitcə yığışıb köhnə ili yola salacağıq. Ötən ildə maraqlı anlar çox oldu, ən əsası isə belə tarixi qələbə qazandıq. Təntənəli qeyd etməyəcəyik. Ev formatında, özünütəcrid şəraitində köhnə ili yola salacağıq”, - deputat deyib.

Bayram əhvalını COVID-19 pandemiyası da korlayır. Statistikaya görə, doqquz ay ərzində Azərbaycanda 2609 nəfər koronavirus infeksiyasından vəfat edib. 34.7 min nəfər isə xəstəxanalarda müalicə alır.

Bu səbəbdən ölkədə kütləvi bayram tədbirləri ləğv olunub. Hüquq-mühafizə orqanları hətta ezamiyyə vərəqələri olanlara rayonlara getməyi qadağan edib. Bəziləri bu qadağanı pozmağa çalışsa da polis restoratorları və otel sahiblərini əvvəlcədən xəbərdarlıq edib ki, bayram tədbiri təşkil edən böyük məbləğdə cərimələnəcək.

Xəbər lenti
0