BAKI, 30 dekabr — Sputnik. Yəmənin paytaxtı Ədənin hava limanında partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış yeni hökumət üzvlərinin hava limanına gəldikləri vaxt baş verib.
Partlayış nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilir.
Qeyd olunur ki, Cənubi Yəmənin Keçid Şurasının üzvlərinin də daxil olduğu yeni hökumətin üzvləri Ər-Riyadda Prezident Əbdu Rəbbu Mansur Hadinin önündə and içdikdən sonra Ədənə gəlibmişlər.
Hökumət üzvləri arasında xəsarət alanların olmadığı bildirilir.