Ədəndə hökumət sarayında partlayış

© AFP 2024 / PATRICK BAZВзрывы во время учений, фото из архива
Взрывы во время учений, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi mənbələrdən biri qeyd edib ki, aeroport Yəmənin cənubundakı, husilərin "Ənsar-Allah" hərəkatının nəzarətində olan Taiz vilayətindəki rayonlardan raket atəşinə tutulub

BAKI, 30 dekabr - Sputnik. Yəmənin Ədən şəhərində, hökumət sarayının yaxınlığında partlayış törədilib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, binada bu gün yeni seçilmiş hökumət üzvləri var.

Qeyd edək ki, bir neçə saat əvvəl yeni nazirlər Ər-Riyaddan Ədənə gəliblər. Buradakı hava limanında onlar gələn zaman partlayış törədilib. Hərbi mənbələrdən biri qeyd edib ki, aeroport Yəmənin cənubundakı, husilərin "Ənsar-Allah" hərəkatının nəzarətində olan Taiz vilayətindəki rayonlardan raket atəşinə tutulub. Sky News Arabia-nın məlumatına görə isə, partlayışlardan əvvəl aeroport üzərində PUA-ların səsi eşidilib. 

Hava limanındakı partlayışlarda 22 nəfər ölüb, 50-dək insan yaralanıb. 

 

Xəbər lenti
0