CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

© Sputnik / Murad OrujovФлаги Азербайджана на улицах Баку.
Флаги Азербайджана на улицах Баку. - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ düşmən işğalından azad edilməsi xalqımızı qalib xalqa çevirib. Ulu öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib".

BAKI, 30 dekabr — Sputnik. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciəti deputat Elnur Allahverdiyev oxuyub.

Müraciətdə deyilir: "Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ düşmən işğalından azad edilməsi xalqımızı qalib xalqa çevirib. Ulu öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib. Bu gün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Bu zəfərə xaricdə yaşayan azərbaycanlılar da yüksək dəyər verirlər.

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi millətlərin tarix sahəsində oynadıqları rolun müəyyən edilməsi ilə xarakterizə olunur. Dünya tarixinə və mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının yeni inkişaf dövründə rolu birləşməkdən keçir. Azərbaycan bütün dünya azərbaycanlılarının güvənc yeridir. Azərbaycan siyasi, iqtisadi, hərbi gücünü durmadan artıran dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edir.

Sizi ümummilli dəyərlərimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər birinizi təbrik edirik".

Müraciət səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0