Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. 2020-ci ilin bitməsinə saatlar qalıb. Əvvəlki illərlə müqayisədə pandemiya ilə əlaqədar sənət aləmində çox az hadisələr yaşanıb. Bu il digər illərdən fərqli olaraq şou aləmində sakitlik hökm sürüb. Sputnik Azərbaycan ilin ən səs-küylü müğənnilərinin siyahısını təqdim edir:
İlin ən çox danışılan mövzusu bloger və müğənni Aynişan Quliyeva və fitnes müəllimi Kənan cütlüyü oldu. İlin əvvəlində toy xəbərləri ilə səhifələri, saytları bəzəyən cütlük 2020-ci ilin sonunda da ənənələrinə sadiq qalıb. Bu dəfə onlar rəsmi boşanma xəbərləri ilə səs-küy yaradıblar.
Посмотреть эту публикацию в Instagram
Karantin, müharibə və sonda zəfər qazandığımız ildə müzakirə olunanların sırasında Xalq artisti Emin Ağalarov da var. Bu ilin mayında qızı Afinanın anası Alyona Qavrilova ilə yollarını ayırdığını açıqlayan müğənninin Fatima adlı qadınla nişanlandığı xəbəri gündəmi alt-üst etdi. Şəxsi həyatı ilə yanaşı, Xalq artisti Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, orduya 1 milyon ianə bağışlaması ilə yadda qaldı.
Посмотреть эту публикацию в Instagram
Müğənni Manaf Ağayev isə bu il ən çox tənqid olunanlar sırasındadır. Belə ki, müğənninin: "Müharibə olarsa, döyüşə getməyə hazıram. Mənim qədər Vətəndən, Qarabağdan, torpaqdan oxuyan olmayıb. Qarabağlıyam, işğal olunmuş torpaqdanam, mən qala-qala müharibəyə başqası niyə getməlidir? Döyüşə hazıram", - desə də müharibə vaxtı meydandan çəkilməsi ictimaiyyət arasında heç də birmənalı qarşılanmadı. Qeyd edək ki, müğənni ötən gün sosial şəbəkədə ona səslənən Eynal adlı hərbçiyə avtomobil hədiyyə edib. Eynal bir neçə ay əvvəl "Füzuli rayonu işğaldan azad edildi. Manaf Ağayevə səslənirəm, imkanı çatan qədər "011" hədiyyə etsin" sözləri ilə gündəmə gəlmişdi. M.Ağayev hərbçiyə "VAZ 2107" markalı avtomobil hədiyyə edib. "Yardımları hər zaman edirəm, etmişəm də. O, "011" istəmişdi, dedim, ən yaxşısına layiqsən", - deyə müğənni bildirib.
Karantin dövründə ən çox danışılanlar sırasında müğənni Nura Suri də var. Populyar müğənninin tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunması ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrildi. Bundan başqa, müğənni bu il tənqidi statusları ilə yadda qaldı. Suri dekabr ayında etdiyi fotossesiyaları ilə diqqətləri özünə cəlb etdi.
Müğənni Vüqar Muradov isə müharibədə iştirakı, vətənpərvərlik mövzusunda mahnıları və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevayla görüşü ilə yadda qaldı.
Müğənni Natavan Həbibi ilə reper Dado nikah masasına oturduqları gündən ildə ən az üç-dörd dəfə ayrılıb-barışıblar. Bu dəfə isə onlar rəsmi boşanma xəbərləri ilə gündəmə gəliblər. Dado "Instagram"da bu haqda paylaşım edərək, rəsmi boşandıqlarını yazıb. Amma bir neçə həftə sonra Natavan Dadonun onun evində olan görüntülərini sosial şəbəkədə yayımlayıb.
Aparıcı-bəstəkar Murad Arif isə ölkə şou-biznesinə səs salan "Popumuz var" adlı internet-layihəsini artıq televiziyada yayımlatdı. Bundan başqa, Murad Arif sosial şəbəkələr vasitəsilə 300 min manat vəsait toplayaraq Azərbaycan Silahlı Qüvvəllərinə Yardım Fonduna köçürməklə ilə damğasını vurdu.