BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” və "Şərəf" ordenləri ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, sənədlərə görə, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.
Elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.