BAKI, 30 dekabr - Sputnik. Norveçdə, Oslo yaxınlığındakı Rumerike vilayətində ötən gecə torpaq sürüşməsi olub. 1.5 min əhalisi olan kənddə 15 ev torpaq altda qalıb, 12 nəfərdən indiyədək xəbər yoxdur.
Sputnik Azərbaycan bildirir ki, bi barədə NRK telekanalı məlumat yayıb.
"Herdrumda, Askanın mərkəzində torpaq sürüşməsi zamanı bir neçə nəfər xəsarət alıb, 12 nəfərin taleyi naməlumdur. Kəndin 1,5 min sakini təxliyə olunub, polis sağ qalan insanları axtarır", - telekanalın məlumatında deyilir.
Çərşənbə günü hadisə yerinə Norveçin Baş naziri Erna Sulberq gələrək evsiz qalan, ziyan görən vətəndaşlara yardım ediləcəyini söz verib.
A landslide in a Norwegian village has injured 10 people, left 21 unaccounted for and buried houses under what looks like a huge slick of mud in a gully.
— •Pleter• (@croatian_pleter) December 30, 2020
Landslide in #Gjerdrum Norway December 30, 2020👇 pic.twitter.com/XexvcBrmEI
Bildirilir ki, səhər 26 nəfər axtarılırmış, sonra isə onların sayı 12-yə düşüb. Bu 12 nəfər uçan evlərdə yaşayırmış.
"Biz ölənləri deyil, sağ qalanları axtarırıq. Tibb ekspertləri bizə hərarət və insanların bu şəraitdə nə qədər müddətə sağ qala biləcəkləri barədə, həmçinin ölənləri nə zaman axtarmağa başlayacağımız haqda bizə məlumat verirlər", - polis Roger Pettersen TV-yə müsahibəsində deyib.
Bildirilir ki, axtarışlar vertolyot vasitəsilə aparılır, çünki sürüşmə zonasında olmaq təhlükəlidir. Gecəki torpaq sürüşməsi ilə iş bitməyib, səhərə yaxın təkrar sürüşmə olub və təhlükə hələ də qalır.
İsveçin Höteborq şəhərindən mütəxəssislər qonşularının köməyinə tələsiblər. Bildirilir ki, onların oxşar situasiyalarda təcrübələri daha çoxdur.