Görün ABŞ müsəlmanlara görə Çini kimin əli ilə vururmuş

© AFP 2024 / WANG ZHAOФлаги США и Китая, фото из архива
Флаги США и Китая, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu fakt Yaponiya kəşfiyyat xidmətinin Five Eyes alyansı (Ora ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat orqanları daxildir) ilə əlaqələrinin möhkəmlənməsi anlamına gəlir.

BAKI, 30 dekabr — Sputnik. Yaponiya ABŞ və Böyük Britaniyaya Çinə təzyiq etməsinə kömək edib. Rəsmi Tokio Sintszyan-Uyğur Muxtar Vilayətində (SUMV) müsəlmanlar üçün düşərgə və həbsxanalar barədə məlumatları gizli şəkildə ötürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Rəsmi Vaşinqton məhz insan haqları ilə bağlı bu ittihamları əsas gətirərək rəsmi Pekinə qarşı sanksiyalar tətbiq edib. Mənbə qeyd edib ki, Yaponiya SUMV haqqında məlumatı yalnız bir şərtlə təqdim edib: Qərbdə mənbəyə açıq şəkildə istinad etməyəcəklər.

Nəşr qeyd edir ki, bu fakt Yaponiya kəşfiyyat xidmətinin Five Eyes alyansı (Oraya ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat orqanları daxildir) ilə əlaqələrinin möhkəmlənməsi anlamına gəlir.

Nəşr vurğulayır ki, rəsmi Tokio əsas ticarət tərəfdaşı olan Pekinlə dostluq əlaqələrini saxlamaq, eyni zamanda təhlükəsizlik sahəsində tərəfdaşı (rəsmi Vaşinqton) ilə münasibətlərini qorumaq niyyətindədir.

Xəbər lenti
0