CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan "bayram lütfü" - Azərbaycanda yoluxanların sayı azaldı

© REUTERS / STEPHANE MAHEТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 217636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2609 nəfər vəfat edib

BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1052 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2609 nəfər vəfat edib, aktiv xəstə sayı 34732 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10904, ötən müddət ərzində isə ümumilikdə 2185247 test aparılıb.

Xəbər lenti
0