CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ehtiyac meyarının həddi qaldırıldı - 10 manat

© AP Photo / Matthias Balk/dpa Покупатель с тележкой, наполненной продуктами в супермаркете
Покупатель с тележкой, наполненной продуктами в супермаркете - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn il üçün ehtiyac meyarının həddinin daha 10 manat və yaxud 6,2 faiz artırılaraq, 170 manat məbləğində olması nəzərdə tutulur

BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Başqa sözlə, gələn il üçün ehtiyac meyarının həddinin daha 10 manat və yaxud 6,2 faiz artırılaraq 170 manat məbləğində olması nəzərdə tutulur.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbər lenti
0