BAKI, 29 dekabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Rusiyanın paytaxtı Moskvaya gedib. Bu barədə Sputnik Ermənistan-a Ermənistan MTX-dan məlumat verilib.
Səfərin təfərrüatları açıqlanmır.
Bundan əlavə, məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan da Moskvada səfərdədir.