CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz arzusunun ardınca 2 min kilometr piyada yol gedən qaxlı zəvvar

© Sputnik / Ibrahim Hashimovİsrailə piyada gedən Vasilin məzarı
İsrailə piyada gedən Vasilin məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda yaşayan ingiloylardan olan Vasil Saba ziyarət məqsədi ilə Yerusəlim (Qüds) şəhərinədək piyada gedib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr – Sputnik. Qax rayonunun Kötüklü kəndindəki köhnə qəbiristanlıqda yerləşən qəbir daşı görənlərin marağına səbəb olur. Yerli sakinlərin sözlərinə görə, bu qəbirdə uyuyan, milliyətcə ingiloy olan Vasil adlı şəxs piyada hazırkı İsraildəki "Müqəddəs torpaqlar"a gedib. Kənd sakini Onise Beriqaşvili Sputnik Azərbaycan-a bildirib ki, bu qəbiri təsadüf nəticəsində aşkarlayıb:

"Bu qəbir kolluğun, ağacların arasında idi. Görünüşü marağımı cəlb etdi və ətrafını təmizlədim. Üzərini oxuyanda isə məlum oldu ki, burada dəfn edilən şəxs piyada Yerusəlimə (Qüdsə) gedib".

© Sputnik / Ibrahim Hashimov
İsrailə piyada gedən Vasilin məzarı - Sputnik Azərbaycan
1/3
İsrailə piyada gedən Vasilin məzarı
© Sputnik / Ibrahim Hashimov
İsrailə piyada gedən Vasilin məzarı - Sputnik Azərbaycan
2/3
İsrailə piyada gedən Vasilin məzarı
© Sputnik / Ibrahim Hashimov
İsrailə piyada gedən Vasilin məzarı - Sputnik Azərbaycan
3/3
İsrailə piyada gedən Vasilin məzarı
1/3
İsrailə piyada gedən Vasilin məzarı
2/3
İsrailə piyada gedən Vasilin məzarı
3/3
İsrailə piyada gedən Vasilin məzarı

2 hissədən ibarət olan qəbir daşının hündürlüyü yarım metrə yaxındır. Üzərində insan ikonası həkk olunub. Daşın yanlarında isə gürcü əlifbası ilə qəbirdə dəfn edilən şəxs haqqında məlumatlar qeyd edilib. Kənd sakini Zaza Bediaşvili həmin yazıları tərcümə edərək mərhumun 1909-cu ildə torpağa tapşırıldığını deyir.

"Daşın sağ tərəfində yazılıb ki, burada dəfn edilən şəxs Vasil Sabadır. O, Yerusəlimə piyada gedib və oradakı "Müqəddəs torpaqlar"da ibadət edib. Daşın digər tərəfində isə belə qeyd edilib. –"Bu şəxsin dəfn tarixi 1909-cu il. 22 may. Kötüklü kilsəsi"

Qeyd edək ki, bu qəbiristanlıqda əvvəllər Kötüklü kənd sakinləri olan ingiloylar dəfn edilib. Ona görədə orada yaşı 100-dən artıq olan xeyli qəbir var.

Xəbər lenti
0