Yeni ilə sayılı günlər qalıb – bəzi xanımlar indidən bayram süfrəsinin menyusunu planlaşdırıb pulqabını yoxlayırlar.
Çoxları üçün Yeni il süfrəsi standart təamlardan ibarətdir. Azərbaycanda isə olivye, vineqret və şampan şərabından əlavə, süfrəyə mütləq plov, toyuq ləvəngisi, balıq, meyvə və desertlər düzülür.
Mağazalardakı indiki qiymətləri nəzərə alaraq Sputnik Azərbaycan bayram süfrəsinin təxmini qiymətini hesablayıb. Bununla infoqrafikamızda tanış ola bilərsiniz.