Xorvatiyada güclü zəlzələ olub: Ölən və yaralananlar var

© REUTERS / TUNCAY DERSINLIOGLUМестные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире
Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar nəticəsində bir uşağın həlak olduğu bildirilir, Sloveniya isə ehtiyat tədbirləri çərçivəsində nüvə elektrik stansiyasının fəaliyyətini dayandır.

BAKI, 29 dekabr — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 15:30 radələrində Xorvatiyada 6,3 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, zəlzələnin episentri ölkənin mərkəzi hissəsindəki Petrina şəhəri olub. Şəhərdə bir neçə gün bundan əvvəl də zəif yeraltı təkanlar qeydə alınıb.

Hələlik insan təlafatı və dağıntılar barədə rəsmi məlumat verilməsə də, hadisə yerində işləyən jurnalistlər zəlzələ nəticəsində bir azyaşlının həlak olduğunu bildiriblər.

"Petrinanın mərkəzi hissəsinin əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. Qeyri-rəsmi məlumatlara görə, xəsarət alanlar var. İnsanlar qorxudan özlərini binaların damından aşağı atıb, evlərindən çıxaraq parklarda toplaşıblar", – deyə məlumatda qeyd olunur.

O da bildirilir ki, zəlzələ nəticəsində Sisak şəhərindəki xəstəxananın damı uçub, paytaxt Zaqrebin bir hissəsi isə elektriksiz qalıb.

Türkiyə mətbuatı isə xəbər verir ki, yeraltı təkanlar Xorvatiya ilə yanaşı, İtaliya, Makedoniya, Albaniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina, Macarıstan, Sloveniya, Rumıniya, Avstriya, Slovakiya, Almaniya və Çexiyada da hiss olunub.

Milliyet” qəzetinin yazdığına görə, zəlzələdən sonra Xorvatiyanın şimal qonşusu Sloveniya ehtiyat tədbirləri çərçivəsində nüvə elektrik stansiyasının fəaliyyətini dayandırıb.

Xəbər lenti
0