Saxta möhürlü qaz sayğacları aşkarlanıb

© Sputnik / © Sputnik / Elvin AhmadСчетчик газа
Счетчик газа - Sputnik Azərbaycan
Abunə olmaq
Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac Birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib.

BAKI, 29 dekabr — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlanıb.

İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Birliyin Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac Birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bir ay bundan öncə "Azəriqaz" İB-nin məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün "Asan xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər. Bir daha xatırladırıq ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini "Azəriqaz" İB çəkməyib. "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və Birlik adından Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.

Xəbər lenti
0