"Nar bayramı" ispan qəzetində mövzu oldu

© Sputnik / Ilham Ahmadov Nar festivalından möhtəşəm görüntülər
 Nar festivalından möhtəşəm görüntülər - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"ABC" diqqətə çatdırır ki, UNESCO-nun qeyri-maddi irs siyahısına İsveçrə və Fransada mexaniki saatların hazırlanması, BƏƏ-də və Omanda dəvə qaçışları, Fransa, Lüksemburq, Belçika və İtaliyada valtornaçıların musiqi sənəti və sair yeni elementlər əlavə edilib.

BAKI, 29 dekabr — Sputnik. İspaniyanın iri nəşrlərindən biri olan "ABC" qəzetində "UNESCO tərəfindən "Bəşəriyyətin qeyri-maddi mədəni irsi" elan edilmiş 32 ənənə" sərlövhəli məqalə dərc olunub.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO dekabrın 14-dən 19-dək onlayn rejimdə keçirdiyi qeyri-maddi mədəni irsin mühafizəsi üzrə hökumətlərarası komitəsinin 15-ci sessiyası çərçivəsində özünün qeyri-maddi irsin reprezentativ siyahısını genişləndirib. Bu, xalqları birləşdirmək və beynəlxalq əməkdaşlığa yardım etmək üçün dünya birliyinin diqqətini ənənələrə cəlb etmək məqsədi daşıyır. Reprezentativ siyahıya qeyri-maddi irsin daha 32 elementi daxil edilib. Onların sırasına Azərbaycanın "Nar bayramı" da aiddir.

İspaniya qəzeti oxucuların diqqətinə çatdırır ki, hər il oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda keçirilən "Nar bayramı" narın yetişdirilməsi və məhsulun toplanması mədəniyyətinə həsr olunur. Qəzet yazır ki, bu bayram narı çoxəsrlik milli simvol kimi şöhrətləndirir.

İspan nəşri UNESCO-nun qeyri-maddi mədəni irsinin daha bir yeni elementi - reprezentativ siyahıya Azərbaycan, İran, Türkiyə və Özbəkistan ənənəsi kimi daxil olan miniatür sənəti barədə yazıb.

Vurğulanır ki, miniatür sənəti – xammal qismində qızıldan, gümüşdən və müxtəlif orqanik maddələrdən istifadə olunmaqla kitab, papye-maşe, xalça, parça, divar, keramika üzərində kiçik şəkillərin layihələndirilməsi və yerinə yetirilməsidir. Qəzet yazır ki, miniatür sənəti ictimai məkanların memarlıq dekoru və bəzəyi üçün istifadə edilir.

"ABC" diqqətə çatdırır ki, UNESCO-nun qeyri-maddi irs siyahısına İsveçrə və Fransada mexaniki saatların hazırlanması, Birləşmiş Ərəb Əmirliyində və Omanda dəvə qaçışları, Fransa, Lüksemburq, Belçika və İtaliyada valtornaçıların musiqi sənəti və sair yeni elementlər əlavə edilib.

Xəbər lenti
0