Ermənilər Zəngilanda körpünü partlatmaq istəyiblər

© Photo : ANAMAВзрывное устройство
Взрывное устройство  - Sputnik Azərbaycan
Abunə olmaq
ANAMA mütəxəssisləri və DİN-in Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

BAKI, 29 dekabr - Sputnik. 2020-ci ilin 29 dekabr tarixində saat 10:00 radələrində Agentliyə Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

© Photo : ANAMAВзрывное устройство
Ermənilər Zəngilanda körpünü partlatmaq istəyiblər - Sputnik Azərbaycan
Взрывное устройство

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0