Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk dəfə 3D qrafikalı animasiyadan istifadə etməklə tamaşa hazırlanıb

© Photo : Playback TheatrePlayback
Playback - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Layihə zamanı sosial çarx ilə yanaşı, psixoloqlar 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gəncə, o cümlədən gənc müəllimlərlə "bullinq" mövzusunda seminarlar keçirilib.

 

BAKI, 29 dekabr — Sputnik. Azərbaycanda ilk dəfə Playback teatrı janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və "Şah Mat" teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.

Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı" layihəsi çərçivəsində hazırlanıb.

Layihə zamanı sosial çarx ilə yanaşı, psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu ilə 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gəncə, o cümlədən gənc müəllimlərlə "bullinq" mövzusunda seminarlar keçirilib.

"Addım" GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə "Şah Mat" teatrının istedadlı kollektivinə təşəkkür edir.

Xəbər lenti
0