BAKI, 29 dekabr - Sputnik. Qarabağda atəşkəsin Rusiya ilə birgə monitorinqini aparacaq Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycana gedib.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla verir ki, bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
“Birgə Mərkəzin inşasının tamamlanmasından və fəaliyyətə keçməsindən dərhal sonra bir general və 35 zabitimiz xidmətə başlayacaq”, - deyə nazir bildirib.
Hulisi Akar, həmçinin Türkiyə-Rusiya monitorinq mərkəzində xidmət edəcək türk hərbçilərinin artıq Azərbaycana yola düşdüyünü təsdiqləyib.