CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşaya yeni polis rəisi təyin edilib

© Photo : State Security Service of the Republic of AzerbaijanВид на Шушу, фото из архива
Вид на Шушу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səməd Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.

BAKI, 28 dekabr - Sputnik. Şuşaya yeni polis rəisi təyin olunub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.

Xəbər lenti
0