CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP bayram günlərində rayonlara getmək istəyənlərə müraciət etdi

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan
Abunə olmaq
Fəaliyyət göstərməyən sahələrdə çalışanlara ezamiyyə vərəqələrinin verilməsinə və “icaze.e-gov.az” portalına bu haqda məlumatın daxil edilməsinə rəğmən, onlar ezam olunduqları yerə gedəndə karantin rejimi olan inzibati ərazilərin sərhədindəki postdan buraxılmayacaqlar.

BAKI, 28 dekabr - Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayram qabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar, habelə bayram günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu barədə məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

"Qeyd olunanları və azyaşlı övladları ilə digər regionlara getməyə cəhd göstərən şəxslərin karantin postlarından qaytarılmalarının uşaqlara mənfi təsir göstərə biləcəyini də nəzərə alaraq, infeksiyanın geniş yayılmaması üçün belə səfərlərə çıxmaq fikrindən daşınmaları tövsiyə olunur", - məlumatda deyilir.

Xəbər lenti
0