Bir qətlin 48 iştirakçısı olub

© © Office of the Iranian Supreme Leader via APГлавы спецподразделения «Аль-Кудс» Корпуса стражей исламской революции (КСИР,) генерал Касем Сулеймани, фото из архива
Главы спецподразделения «Аль-Кудс» Корпуса стражей исламской революции (КСИР,) генерал Касем Сулеймани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İranda general Qasım Süleymaninin qətlində günahlandırılanları məsuliyyətə cəlb etməyə başlayıblar.

BAKI, 28 dekabr — Sputnik. İran ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində qətlə yetirilən İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymaninin öldürülməsində 48 nəfəri günahlandırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin insan hüquqları qərargahının katibi Əli Bakeri məlumat yayıb.

"Qasım Süleymaninin işi üzrə 48 təqsirləndirilən şəxs müəyyən olunub, onların məsuliyyətə cəlb olunması üçün lazımı addımlar atılıb", – deyə Bakeri bildirib.

Onun sözlərinə görə, İran baş vermiş hadisə ilə bu və ya digər şəkildə əlaqəsi olan bütün ölkələrə müraciət edərək informasiya verilməsini tələb edib.

"Axırıncı belə ölkə Almaniya olub. Bizdə Almaniyadakı Ramştayn bazasının Süleymaninin qətlində iştirak edən Amerika pilotsuz təyyarələri arasında məlumat mübadiləsinə qarışdığı barədə məlumat var", – deyə Bakeri vurğulayıb.

Qeyd edək ki, ABŞ bu ilin yanvar ayının 3-də Süleymaninin aradan qaldırılması üçün əməliyyat keçirib. İran buna cavab olaraq ABŞ əsgərlərinin yerləşdiyi İraq hərbi bazasına raket zərbələri endirmişdi. Prezident Tramp və Pentaqon rəsmiləri əvvəlcə zərbə nəticəsində insan itkisinin olmadığını bildirsələr də, sonradan hərbçilər arasında ölənlərin olduğunu etiraf etmək məcburiyyətində qalmışdılar.

Xəbər lenti
0