CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı açıqlandı

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt Bakıdakı ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si isə Milli Qəhrəmanların adını daşıyır.

BAKI, 28 dekabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti
0