BAKI, 28 dekabr — Sputnik. Təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən müharibəsində fəal iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarənin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi müharibə dövründə Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.