Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin

CC0 / Inga Seliverstova / drinkДевушки пьют спиртные напитки, фото из архива
Девушки пьют спиртные напитки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin fikrincə, yenidən qəbul edilən spirtli içki orqanizmin vəziyyətini yaxşılaşdırmır. Yatıb, dincəlmək, istirahət etmək isə, bədəni sakitləşdirir. Əhvalı düzəldir.

BAKI, 27 dekabr — Sputnik. Spirtli içki qəbul etdikdən sonra ertəsi gün özünüzü pis hiss etmək sərxoşluqdan ayılmamaq deyil, bədəndə olan intoksikasiyanın qalıqlarıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil psixiatr-narkoloqu Yevgeni Bryun danışıb.

O bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün alkoqollu içki qəbul etmək olmaz.

"Bu, həyat üçün təhlükəlidir. Bu vəziyyətdən çıxmaq üçün yatmalı, uzanmalı və özünüzü toparlamalısınız: "İçki içdikdən sonra ertəsi gün yaranan vəziyyəti düzəltmək üçün yenidən spirtli içki içmək olmaz. Köhnə spirtli içkini yeniyə qatmaq olmaz. Bu təhlükəlidir. Bu alkoqolla əlaqəli müxtəlif xəstəliklərə və xüsusən də ürək-damar sistemi probleminə səbəb olur".

Həkimin fikrincə, yenidən qəbul edilən spirtli içki orqanizmin vəziyyətini yaxşılaşdırmır. Yatıb, dincəlmək, istirahət etmək isə bədəni sakitləşdirir. Əhvalı düzəldir.

Xəbər lenti
0