BAKI, 27 dekabr — Sputnik. Böyük Britaniyanın Çeşir qraflığının sakini toyda pul yığa bilmək məqsədilə, özünü ölümcül xəstə kimi göstərdiyi üçün azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2015-ci ilin iyun ayında Toni Stenden dostlarını aldadaraq vagina xərçənginə yoluxduğunu və xəstəliyin son mərhələsini yaşadığını deyib.
Toni dostlarına 2 ay ömrünün qaldığını deyərək, xərçəng xəstələrinə bənzəmək üçün saçlarını da qırxıb. Britaniyalı qadın deyib ki, onun son arzusu sevgilisi Ceymslə ailə həyatı qurmaqdır.
Dostları onun xəyalı olan toyu həyata keçirə bilmək üçün 8,5 min funt sterlinq (19500 manat) yığırlar. Stenden həmin pulu toya və Türkiyədə bal ayına sərf edir. Bununla yanaşı, gənclər Almaniya, Avstriya, Macarıstan, Çexiya və İtaliyanı da ziyarət edirlər.
Daha sonra dostlar onun yalan danışdığını aşkarlayır. Qadın məhkəmədə yalanını boynuna alır. Dekabrın 22-də məhkəmə prosesinin son dinləməsi həyata keçirilib. 29 yaşlı məhkum 5 aylıq azadlıqdan məhrum edilib. Və ona yerli iş adamlarının ianə etdiyi iki min funt sterlinqi geri qaytarmaq (4550 manat) öhdəliyi qoyulub.
2018-ci ildə isə avstraliyalı qadın 8 il özünü xərçəng xəstəsi kimi apararaq müalicəsi üçün 400 min avstraliya dolları (518 min manat) yığıb.