Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Gələn ilin büdcəsində gərginlik olmayacaq”

© Photo : Courtesy of Elnur Sadygovİqtisadçı, professor Elnur Sadıqov
İqtisadçı, professor Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Belarusiyanin Polotsk Dövlət Universitetinin İqtisadiyyat kafedrasının professoru Elnur Sadıqov deyir ki, 2021-ci ilin büdcəsində quruculuq üçün böyük vəsaitlər nəzərdə tutulur
Elnur Sadıqov: “Sosial siyasətin reallaşması tam olaraq baş tutacaq”

“2020-ci ilin büdcəsi neftin qiymətinin düşməsi və pandemiya səbəbindən gərginliklərlə üzləşdi. Ancaq gələn ilin büdcəsində gərginlik olmayacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Belarusiyanin Polotsk Dövlət Universitetinin İqtisadiyyat kafedrasının professoru Elnur Sadıqov deyib.

Professor bildirib ki, aparılan islahatlar və digər daxilolmalar vasitəsilə büdcəyə kifayət qədər vəsait cəlb etmək imkanlarımız var: “2021-ci ilin büdcəsində quruculuq üçün böyük vəsaitlər nəzərdə tutulur. Bununla belə əlavə ehtiyyatları cəlb etməklə bu işi uğurla həyata keçirmək mümkün olacaq. Xüsusən də dövlət tərəfindən həyata keçirilən sosial siyasətin reallaşması tam olaraq baş tutacaq”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılıb.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0